Benyamin Kikz adlı bir uşaq şəxsi ayaqqabılarını satmaqla 1 milyon dollardan çox pul qazanıb.
Yenicag.az xəbər verir ki, 15 yaşında anasının ona aldığı toplu ayaqqabı hədiyyələrdən ruhlanan Benyamin, hazırda bəzi ayaqqbı markalarını dövriyydən çıxarıb daha sonra onları özü satmaqla buna nail olub.
Belə ki, o, bu ayaqqabları özü üçün istifadə adıyla alıb. Bu atası tərəfindən xoş qarşılanmayıb və uşağın psixoloji problemlərinin olduğu qənaətinə gəlib. Lakin sonradan, Benyaminin həmin ayaqqabıları dəyərindən daha baha qiymətə satdığını görən ata ona dəstək olmağa başlayıb.
Qısa müddət sonra isə, uşağın bu məqsədi dünya şöhrətli müğənni DJ Xalid tərəfindən kəşf edilib və geniş izləyici kütləsi qazanıb.
Benyamin ilə ortaq işlməyə başlayan Xalid, onu Dreyk və Travis Skot kimi məhşurlarla tanış edib.
Qeyd edək ki, Benyamin az sayda istehsal olunan sport ayaqqabı markalarını bazardan çıxararaq süni qiymət artımı yaradır. Bundan sonra isə, hər kəs bu məhsulları ondan almaq məcburiyyətində qalır.
Benyamin artıq özünün internet saytını da qurub. O, bu günə qədər 1 milyon dollardan çox pul qazanıb.
Hazırda Benyaminin 780 mindən çox izləyicisi var.