15 yaşlı qız Britaniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinə səfir seçildi – FOTO

15 yaşlı Cahan Ağayeva Britaniyanın Azərbaycandakı səfirliyinə bir günlük səfir seçilib.

Yenicag.az-a bu barədə diplomatik nümayəndəlikdən xəbər verilib.

“Yeni gənc səfirimizi salamlayırıq. Cahan müsabiqədə birinci yeri tutub. O, səfir Fergus Auldun kölgəsi olacaq və səfirin həyatından bir gün yaşayacaq”, – deyə qurumun paylaşımında bildirilir.

Məlumata görə, Cahan Ağayeva digər üç mükafatçı ilə birlikdə ilk Gənc Səfir qrupunda olacaq və dəyərlərin təbliğində ilboyu səfirliyə dəstək olacaq.

“Komandaya xoş gəlmisiniz / Göyərtəyə xoş gəldiniz!” – paylaşımda deyilir.