15 yaşlı qız dəm qazından boğularaq öldü

Qubada 15 yaşlı qız dəm qazından boğularaq ölüb.

Yenicag.az xəbər verir ki, Birinci Nügədi kəndində yaşayan, 2008-ci il təvəllüdlü Gülbacı Əsgərova evin hamam otağında dəm qazından boğularaq ölüb.

Araşdırma aparılır./apa