Lənkəran rayonunda 15 yaşlı qız dərmandan zəhərlənib.
Yenicag.az Report-a istinadən xəbər verir ki, rayonun Mamusta kənd sakini, 2005-ci il təvəllüdlü Alsu Eldəniz qızı Hacıyeva ağrıkəsici dərman əvəzinə səhvən başqa dərman pereparatları qəbul edib.
Nəticədə səhhəti daha da pisləşən A.Hacıyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona dərmandan zəhərlənmə diaqnozu qoyulduqdan sonra mədəsi yuyulub. Eyni zamanda digər zəruri tədbirlər həyata keçirilib.
Hazırda o, xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti orta ağırdır.