15 yaşlı qız ögey atasından iki uşaq doğdu – Şok hadisənin təfərrüatı

15 yaşlı qız ögey atasından iki uşaq dünyaya gətirib.

Yenicag.az xəbər verir ki, hadisə ABŞ-ın Ayxado ştatında baş verib.

Bu səbəbdən 44 yaşlı kişi məsuliyyətə cəlb olunub. Ona 30 il həbs cəzası verilib.

Zərərçəkən şəxsin anonimliyinin qorunması məqsədi ilə ögey atanın adı açıqlanmır.

Yeniyetmə qız ilk dəfə 2013-cü ilin noyabrında prokurorluğa müraciət edərək başına gələnləri danışıb. Yeniyetmə bildirib ki, ögey atası gecə saatlarında qızın otağına daxil olaraq onu zorlayıb. Nəticədə də yeniyetmə hamilə qalıb. Lakin həmin vaxt ögey ata qızın dediklərini təkzib edib. Bir müddət sonra isə ata ilə yanaşı, qız və anası polisdən qaçıblar.

Bir müddət sonra qızın ögey atasından ikinci uşağı dünyaya gətirdiyini məlum olub. Bu, DNT testi zamanı da isbat olunub.

Bundan sonra ögey ata əməlini etiraf edib. Məhz etirafdan sonra ögey ata cəzasının 1/4 hissəsini çəkdikdən sonra şərti olaraq azadlığa buraxıla bilər. Bunun üçün o, xüsusi proqramlar vasitəsi ilə islah olunmalıdır.

COP29