!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

150 min manatlıq saxta alkoqol-Bakıda

!Reklam – Yazi

alkogol_051113Bakıda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkar edilib.

Yenicag.az trend-ə istinadən xəbər verir ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin müvafiq qərarı ilə “Fidan” şirkətinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül, Naxçıvani küçəsi, 3106-cı məhəllə ünvanda yerləşən və təsərrüfat subyekti kimi vergi orqanında uçotda olmayan obyektində, anbarda həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara çıxarılması halları aşkar edilib.

Tədbir zamanı saxta aksiz markaları ilə markalanmış 150,3 min manat məbləğində 86419 ədəd müxtəlif adlı və həcmli alkoqqollu içkilər (“Mont blanc” – 0.5l və 0.7l, “Ruska” – 0.5l və 0.7l, “Zernovoy sklad” – 0.25l, 0.5l və 0.7l, “Melnik” – 0.25l, 0.5l və 0.7l, “Bakinskiy Standart” – 0.25l, “Bakinskaya marka” – 0.25l, “Qosudar” – 0.5l və s.) aşkarlanıb, bəzi məhsulların üzərində seriyası və nömrəsi olmayan aksiz markaları müəyyən edilib.

2015-ci ilin ötən dövrü ərzində 6 vergi ödəyicisi tərəfindən 43 min 811,9 manatlıq aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktları aşkar edilib və hər bir fakt üzrə cinayət işi başlanılıb.

Vergilər Nazirliyi xəbərdarlıq edir ki, aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, bu cür fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir.

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv