150 saatın sonunda nələr olacaq? – Çavuşoğlu açıqladı

YPG 150 saatın sonunda çəkilməzsə Türkiyə ordusu Kobanidən İraqa qədər 444 km ərazidə, 30 km dərinlikdə təmizləmə əməlliyyatları aparacaq. 

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavvuşoğlu deyib:

“İŞİD ilə mübarizəyə davam edəcəyik. Cənab Tramp da açıqlama verdi. Türkiyə Müdafiə Nazirliyi də lazimi açıqlama ilə çıxış etdi. Türkiyə bu məsələdə müttəfi və strateleji ortaqlığa sadiq qaldı. Detalları nazirlərimiz danışacaq. Biz bundan sonra da mübarizəyə davam edəcəyik. YPG-nin İŞİD terrorçularını pul qarşılığında sərbəst buraxdığı barədə məlumatlar gəlir. Onsuzda terror qruplaşmasından başqa nəsə gözləmirik. ABŞ ilə bağlanmış memorandumda 120 saat ərzində YPG-nin bölgədən çıxması nəzərdə tutulmuşdu. Tək-tək çıxmadıqlarını görürük. Razılaşmaya görə, çıxmayanları zərərsizləşdirmək hüququmuz var və belə də edəcəyik. Eyni zamanda Rusiya ilə olan memorandum şərtlərinə görə də, YPG 150 saatın sonunda çəkilməzsə Türkiyə ordusu Kobanidən İraqa qədər 444 km ərazidə, 30 km dərinlikdə təmizləmə əməlliyyatları aparacaq. Hərəkata ara vermək heç bir şey etməyəcəyik demək deyil”.

Hşim Səhrablı 

 

COP29