Böyük Britaniyada həbs cəzasına məhkum edilmiş 1500-dən çox insan həbsxanalarda yer olmaması səbəbindən cəzadan xilas ola bilər.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu Leyboristlər Partiyasının kölgə ofisində ədliyyə naziri Stiv Rid deyib.
Britaniya hökumətinin proqnozlarına görə, hazırda krallığın həbsxanalarında 87 mindən bir qədər çox boş yer var ki, bu da noyabr ayına qədər 89 minə yaxın məhbusu yerləşdirməyə kifayət etmir.
Leyboristlərin hesablamalarına görə, 2010-cu ildən bəri məhbuslar tərəfindən həbsxana işçilərinə hücumların sayı 153%, həbsxanalarda aşkar edilən narkotiklərin sayı isə 325% artıb. Onlar iddia edirlər ki, hazırkı hökumətin cəza çəkmək üçün yeni yerlərin tikintisi üçün ayırdığı 4 milyard funt-sterlinqdən (5,1 milyard dollar) yalnız 1,3 milyard funt-sterlinq (1,6 milyard dollar) xərclənib.