1500 namizədin içində Anar Əsədli necə fərqləndi?

125 saylı Zəngilan-Qubadlı seçki dariəsindən Anar Əsədlinin seçki kampaniyasının üstünlükləri və çatışmazlıqları

Deputatlığa namizədlərin seçki kampaniyaları finişə doğru irəliləməkdədir. Marafona qoşulan namizədlər bu prosesdə kampaniya aparmaq bacarıqları və peşəkarlıqlarına görə bir-birindən kəskin fərqlənirlər. Ötən 15 illik passiv siyasi seçki dövründən sonra bu proses nə qədər maraqlı və rəngarəng olsa da, kifayət qədər təcrübəsiz kampaniya aparan namizədlərə rast gəlinir. Belə ki, onlar arasında hələ də seçki platforması və sloqanını ortaya qoymayan namizədlər var. Eyni zamanda, seçiciyə həddən artıq böyük vədlər verən, populist çıxışlar edən namizədlərin sayı da kifayət qədərdir. Hətta son 20 ildə 5 dəfə deputatlığa namizədliklərini irəli sürsələr də – onlara el dilində “namizəd işləyən” deyirlər ­– seçki kampaniyasının necə aparılmasını bilmirlər və özlərini biabır etməklə məşğuldurlar.

Bütün bu qarmaqarışıq, qeyri-peşəkar səviyyədə yürüdülən seçki prosesində öz professionallığı, çağdaşlığı və müasir seçki texnologiyalarına əsaslanan çevik kampaniya aparan namizədlər də var. Onlar əsasında ən çox diqqət çəkənlərdən biri də deputatlığa namizədliyi Zəngilan-Qubadlı ictimaiyyətinin formalaşdırdığı Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Anar Əsədlidir. Onun namizədliyi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən qeydə alınıb.

Seçki prosesi başlayandan bəri Anar Əsədlinin və komandasının təbliğat kampaniyasına hazırlığını izləyən, eyni zamanda, namizədin seçicilərlə görüşündə iştirak edən əməkdaşımızın qeydlərini oxucularımıza təqdim edirik.

Anar Əsədlinin seçki kampaniyasının bütün müsbət cəhətləriylə yanaşı, təbii ki, çatışmazlıqları da var. Onlar əsasən texniki nöqsanlardır. Belə ki, seçicilərlə ilk görüşə təyin olunan vaxtda yetişə bilmədilər. Həmçinin, seçicilərlə görüşə getdikləri nəqliyyat vasitəsi – mikroavtobus sadəlik və təbiilik baxımdan diqqət çəksə də, üstündə seçki ab-havasına uyğun posterləri ilə bəzədilməməsi təəccüb doğurdu. Daha bir gözəçarpan texniki qüsur qapalı görüşlərdə bir rolapdan istifadə olunması oldu. Qeyd etdiyimiz kimi, seçki kampaniyasında iki sloqanla çıxış etsələr də, görüşlərdə bir şüarlarını təqdim etdilər. Nəhayət, seçicilərlə ilk qapalı görüşdə çıxış edən vəkillərinin namizəddən nisbətən geri qaldığı hiss edildi. Bütün proses boyu maksimalist yanaşma göstərən namizədin bu məqamı nəzərə alması yaxşı olardı.

Anar Əsədlinin seçki kapmaniyasını bu sosial media vasitılərindən izləyə bilərsiniz:

Facebook: Anar Əsədli – https://www.facebook.com/Anar.Asadli79/

YouTube: Anar Əsədli – https://www.youtube.com/channel/UC1FCthtHfFa9gbHKmWaOeUg?fbclid=IwAR1ose8NHlKu5ZHP5mTJaK1PZmpOLn7epvHRko5Q_xeKr-Yr8UAudEEb6Cw

İnstagram: Anar Asadli – https://instagram.com/anarasadli?igshid=1fnk7zgivivnp

 

 

 

 

 

 

COP29