Bu ilin dekabr ayının 1-i vəziyyətinə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb.
Bu barədə Yenicag.az Reporta istinadən xəbər verir.
Dövlət Statistika Komitəsinin yaydığı hesabata əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33,4 min nəfər olub, onların 38 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 243,4 manat olub.
İşsizlik statusu alanlardan 14 963 nəfəri məhz Bakının payına düşür. Onlardan 954 nəfəri isə işsizliyə görə müavinət alır.
Yenicag.az