Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sərgi açılışında güllələnib.
Yeniçağ.Az xəbər verir ki, Karlov rəssamlıq sərgisinin açılışında çıxış üçün tribunaya qalxarkən naməlum şəxs tərəfindən tapança ilə vurulub.
Məlumata görə, səfirə tərəf 5-6 dəfə atəş açılıb.
Hazırda səfir Karlov ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hücum edənin polis tərəfindən vurularaq zərərsizləşdirildiyi bildirilir.
https://www.youtube.com/watch?v=LQnHOjAj83o
Yeniçağ.Az