!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

155 milyon illik skelet satışa çıxarılır – Qiymət

!Reklam – Yazi

2014-cü ildən Dubayın ən iri “The Dubai Mall” ticarət-əyləncə mərkəzinin atriumunu bəzəyən 155 milyon yaşı olan dinozavrın skeleti satışa çıxarılır.

Yenicag.az xəbər verir ki, “Emirates Auction” şirkəti tərəfindən onlayn-auksion vasitəsilə satışa çıxarılacaq skeletin start qiyməti 14,6 milyon dirhəmdir (3,97 milyon dollar).

Uzunlugu 24,4 metr və hündürlüyü 7 metr olan skeletin çəkisi beş filin çəkisinə bərabərdir. Təqdim olunan skeletin 90 faizi real sümüklərdən ibarətdir.

Qeyd edək ki, dinozavrın qalıqları 2008-ci ildə Amerikanın Vayominq ştatının “Dana Quarry” ərazisində aşkar edilib. Əbu-Dabinin “Etihad Modern Art Gallery” qalereyasının təsisçisi Xalid Seddık tərəfindən əldə edilməmişdən əvvəl bu skelet ABŞ-ın Texas ştatındakı Hyustonun təbii elmlər muzeyində nümayiş olunub./Azərtac/

www.yenicag.az

1433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv