!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yeni hava limanları inşa edilə bilər

!Reklam – Yazi

azerbaycan-paytaxtinda-yeni-hava-limani-tikilecek-400x300Azərbaycanda yeni hava limanları inşa edilə bilər.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunur.

Yol xəritəsində bildirilir ki, Azərbaycanın hava yollarında mülki aviasiyanın infrastrukturunun yenilənməsi ilə yanaşı, son tələblərə cavab verə biləcək müasir hava gəmilərinin təmin olunması bu sahənin inkişafında böyük rol oynaya bilər. Odur ki, yeni hava gəmilərinin alınması üzrə texniki-iqtisadi əsaslandırma aparılmalıdır.

Bundan əlavə, ölkənin regionlarındakı yerli və beynəlxalq təyinatlı hava limanlarının təkmilləşdirilməsi və regionların inkişafı sayəsində yaranacaq tələblər nəzərə alınmaqla, yerli təyinatlı hava limanlarının tikintisi nəzərdən keçirilə bilər.

Yenicag.az

www.yenicag.az

699
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv