“Qalatasaray” daha iki futbolçudan “canını qurtardı”

fb26bbd3dc8115465fab32c2ff13452c“Qalatasaray” iki futbolçusundan “canını qurtarıb”.

Yeniçağ.Az-ın “Apasport.az”a istinadən məlumat verir ki, komanda Lukas Ontivero və Cem Paul Karacan ilə yolları ayırıb.

Transfer edildikdən bu yana kluba heç bir xeyir verməyən və heyətə düşməkdə çətinlik çəkən oyunçularla müəyyən məbləğ qarşılığında qarşılıqlı anlaşma əldə edilib və müqavilələri ləğv edilib.

“Cimbom” argentinalı Ontiveroya 550, Karacana isə 240 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, “Qalatasaray” daha əvvəl eyni qayda ilə Siqtorson, Hamit Altıntop və Salih Dursunu da komandadan göndərib.

Yeniçağ.Az

COP29