16-cı dairənin sakinləri: “Bizim seçimimiz Ramin Əhmədovdur”

16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədovun səlahiyyətli nümayəndələri Qədirli küçəsi – “Şah Hüseyn” məscidi ətrafında yaşayan sakinlərlə görüş keçirib.

Yenicag.az xəbər verir ki, əsasən inanclı insanların iştirakı ilə keçirilən görüşdə, Ramin Əhmədovun seçiləcəyi təqdirdə 16-cı dairədə görmək istədiyi işlər, parlamentdə qaldıracağı məsələlər barədə seçicilərə ətraflı məlumat verilib. Görüş iştirakçıları Ramin Əhmədov haqqında kifayət qədər məlumatlı olduqlarını qeyd edərək ona inandıqlarını, potensialından seçicilərinin mənafeyi üçün istifadə edəcəyinə əmin olduqlarını bildiriblər.