Xətai rayonu, General Şıxlınski küçəsində onaltımərtəbəli binada yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, ilkin məlumata əsasən, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri yanıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.