Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida sahəsində fəaliyyət göstərən 20 ticarət müəssisəsi və 16 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 16 müəssisədə nöqsanlar müəyyən olunub.
AQTA-dan Yenicag.az-a verilən məlumata görə, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 12, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 10 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “Zənbil” market | Xəzər rayonu, Mərdəkan ştq, S.Yesenin küç., ev 106 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
2 | “Elmar” market | Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
3 | “Panorama” market | Abşeron rayonu, Saray qəsəbəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
4 | “Göygöl” ASC-yə məxsus şərab evi | Zərdab şəhəri, R.Kərimov küç., ev 7 | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 | Rəhimli Aydın Ruslan oğluna məxsus mağaza | Zərdab şəhəri, Azərbaycan küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
İctimai iaşə müəssisələri | |||
6 | “Çırağan” restoranı | Xətai rayonu, Əhmədli ştq, R.Quliyev küç., ev 4 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
7 | “Mahal” restoranı | Nəsimi rayonu, Füzuli küçəsi ilə R.Rza küçəsinin kəsişməsi, məh. 307 | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
8 | “Star” restoranı | Binəqədi rayonu, S.S.Axundov küç., ev 88 | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
9 | “Qəbələ Vəndam” restoranı | Binəqədi rayonu, Naxçıvani küç., 3067-ci məhəllə | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 | “Həyat” şadlıq evi | Binəqədi rayonu, Naxçıvani küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
11 | “Ləki” dönəri evi | Ağdaş rayonu, H.Əliyev prospekti | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 | “Vahid” kafesi | Şəmkir rayonu, Kür qəsəbəsi | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
13 | “Ayşən” şadlıq sarayı | Şəmkir rayonu, Kür qəsəbəsi | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
14 | “Beko” restoranı | Zərdab şəhəri, 20 Yanvar küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
15 | “Həsir” kafesi | Zərdab şəhəri, H.Əliyev prospekti | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16 | Musayev Şaiq Abduləhəd oğluna məxsus dönər evi | Zərdab şəhəri, Azərbaycan küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |