Reklam

Reklam

“Rosselxoznadzor” Federal Xidməti Azərbaycandan Rusiyaya aparılan 16,2 ton pomidoru ölkəyə buraxmayıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Rosselxoznadzor”un Dağıstan bölməsinin əməkdaşları “Yaraq-Qazmalyar” buraxılış məntəqəsində Azərbaycandan gələn 16,2 ton pomidoru saxlayıb.

Buna səbəb kimi Azərbaycandan gətirilən məhsulda zərərli güvənin olması göstərilib.

Pomidorları aparan şəxs məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, son günlər belə hadisələr tez-tez baş verir. Sahibkarlar satmaq üçün Rusiyaya apardıqları məhsulların gömrükdən buraxılmamasından şikayətlənirlər.
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."