İstehlaka yararsız müxtəlif növ dondurma məhsulları məhv edilib.
Bu barədə Yenicag.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, AZ FP CO LTD MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, 26 adda, 16,046.15 kq müxtəlif növ dondurma məhsulları Təmiz Sumqayıt-Kənan MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.