16 yaşlı futbolçu anası ilə birgə güllələndi

Meksikalı futbolçu Kristian Ernandes və anası Fabiola cinayət qruplaşmasının qurbanı olub.

Yenicag.az xəbər verir ki, futbolçunun ailəsi Meksika-ABŞ sərhədində narkokartel nümayəndələrinin hücumuna məruz qalıb. Cinayətkarlar futbolçu və ailəsinin içərisində olduğu avtomobili atəşə tutub. Bu zaman futbolçu və anası hadisə yerindəcə keçinib. Onun atası və bacısı isə sağ qalıb.

Hüquq-mühafizə orqanlarının fikrincə, cinayətkar qruplaşma başqa bir avtomobilə hücum etməli olub. Sadəcə, onlar hədəfi səhv salıblar.

Meksika Futbol Federasiyası baş verən hadisə ilə əlaqədar bəyanatla çıxış edərək, futbolçu və anasının ölümülə bağlı başsağlığı verib.

Qeyd edək ki, 16 yaşlı Ernandes “Real San Kosme” komandasında çıxış edib.

COP29