16 yaşlı oğlan Kürdə batdı

Mingəçevirdə Kür çayında yeniyetmə oğlan batıb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Sahil parkı ərazisindən keçən hissəsində baş verib. Bildirilir ki, çayda batan, əslən Ağdam rayon sakini olan 2006-cı il təvəllüdlü Qasımzadə Elşad Elman oğlu Mingəçevirə qonaq gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.