16 yaşlı qız özünü qayadan atdı

awq9Bu gün Quba rayonunda intihara cəhd faktı qeydə alınıb.

Hadisə rayonun Dəvədabanı yaşayış massivində qeydə alınıb.

2000-ci il təvəllüdlü İsgəndərova Nərmin Vüqar qızı yaşadığı evin yaxınlığında özünü qayadan atıb. O, Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hazırda reanimasiyadadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.