Avropa İttifaqı ölkələrində vətəndaşların bank hesablarından oğurluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib.
Yenicag.az pravda.com.az-a istinadən xəbər verir ki, Ukrayna polisi Aİ ölkələri vətəndaşlarının bank hesablarından 160 milyon qriven ekvivalentində oğurluq etmiş qrupu yaxalayıb.
Məlumata görə, zərərsizləşdirilən dəstənin üzvləri öz qurbanlarını populyar onlayn alış-veriş platformalarından seçiblər.
Qeyd olunur ki, dəstə yalnız son 1 ildə 1000-dən çox avropalının bank hesabına müdaxilə edərək, onları maddi zərərə uğradıb.
Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində Aİ-nin müxtəlif ölkələrində mütəşəkkil dəstənin daha 17 üzvü ələ keçirilib. Onların arasında Belarus vətəndaşları da var.
Dəstənin liderinin isə İT sahəsində ixtisaslaşmış Ukrayna vətəndaşının olduğu bildirilib.