161 nömrəli məktəbdə “Həmrəyliyin Həmahəngliyi” adlı tədbir keçirildi – FOTO/VİDEO

Bu gün 161 nömrəli məktəbin 3C sinif şagirdləri tərəfindən Yer kürəsində yaşayan xalqlara həsr olunmuş “Həmrəyliyin Həmahəngliyi” adlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə şagirdlər müxtəlif xalqların mədəniyyətləri, milli geyimləri, mahnıları və rəqslərini nümayiş etdirərək onların adət-ənənələri haqqında məlumat veriblər.

Tədbiri giriş sözü ilə açan 3C sinifinin rəhbəri Samirə Abdullayeva qonaqları salamlayıb. Daha sonra Azərbaycan himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

O, tədbirin həm milli dəyərlərimizi, həm də dünya xalqlarının mədəni irsini yaşatmaq baxımından əhəmiyyətini vurğulayıb.

Şagirdlər müxtəlif dünya ölkələri haqqında maraqlı təqdimatlar edərək, bu ölkələrin adət-ənənələri və mədəni dəyərləri barədə məlumat veriblər. Hər bir uşaq öz seçdiyi ölkənin milli rəqsini və musiqisini təqdim edərək, tədbirin daha rəngarəng keçməsinə töhfə verib.

Sonda məktəbin direktoru Rəna Hüseynova şəhid övladları ilə səhnəyə çıxaraq tədbirin əhəmiyyətindən danışıb, şagirdlərə, müəllimlərə və valideynlərə təşəkkür edib. O, tədbirin şagirdlər arasında həmrəyliyin və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib, bu an şagirdlər üçün unudulmaz bir xatirəyə çevrilib.

 

Məsimə Məmmədova

Samir Məcidov

COP29