Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağdamda dəhşətli yanğın - Video,Foto

Ağdamda minik avtomobili yanaraq külə dönüb.

Yeniçağ.az-a daxil olan məlumata görə, rayonun Səfərli kəndində baş verən hadisədə “VAZ 2106” markalı avtomobil və qaraj yanıb. Yanğın kənd sakini Sabir Əliyevə məxsus yaşayış evində baş verib.

Hadisəyə səbəb elektirik naqillərində qısa qapanmanın olduğu ehtimal edilir. Ev sahibin sözlərinə görə, gecə saatlarında baş verən hadisədən ilk olaraq xəbər tutan evin gəlini olub.

Qeyd edək ki, yanğın söndürənlərin müdaxiləsindən sonra alov ram edilib. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

 

www.yenicag.az

548