ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Yeniçağ.Az-ın “Trend”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumatda deyilir ki, tərəflər prosesin sülh yolu ilə nizamlanmasının irəliləməsi üzrə fikir mübadiləsi aparıblar.
“Vyanada və Sankt-Peterburqda əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi Tillerson bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcək”, – məlumatda deyilir.
Yeniçağ.Az