!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polis iğtişaşın baş verdiyi Batumidə asayişi bərpa edib

!Reklam – Yazi

Gürcüstanda polis əməkdaşları və xüsusi təyinatlılar sübh tezdən Batuminin Çavçavadze küçəsini gecə boyu iğtişaşlar törətmiş etirazçılardan təmizləyib.

APA-nın “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, küçənin etirazçılardan təmizlənməsi əməliyyatı zamanı ciddi qarşıdurma baş verməyib.

Xüsusi təyinatlılar əraziyə daxil olan kimi etirazçılar Çavçavadze küçəsini dərhal tərk etməyə başlayıblar. Rezin güllələrdən istifadə edən polis əməkdaşları saat 7.00-dək ərazini etirazçılardan tamamilə təmizləməyə müvəffəq olublar. Şəhərdə iğtişaş iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat davam etdirilir. Saxlanılanların sayı barədə məlumat verilmir.

Kommunal xidmətlərin küçədə bərpa və təmizlik işlərinə başladığı bildirilir. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir. İğtişaşların episentri olmuş Çavçavadze küçəsində avtomobillər yandırılıb, səkilər, vitrinlər, işıqforlar, mağazalar və s. obyektlər dağıdılıb.

İğtişaşlar zamanı azı 30 nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, etirazçılar Acarıstan Daxili İşlər Baş İdarəsinin binası qarşısında üç polis avtomobilini yandırıblar.

 

Yeniçağ.Az

www.yenicag.az

743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv