17 dəqiqəyə maksimum enerji toplayan smartfon hazırlandı

“Xiaomi” istehsal xəttinin növbəti smartfonu istifadəçiləri kabel vasitəsilə enerjidoldurma texnologiyasının sürəti ilə təəccübləndirəcək.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, “Xiaomi Mi MIX 4” aparatı 100 vattlıq çox sürətli enerjidoldurma texnologiyası ilə təchiz edilə bilər.

Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, beləliklə, 4000 milliamper/saatlıq akkumulyatoru 17 dəqiqə ərzində enerji ilə doldurmaq mümkün olacaq. Smartfonun başqa xüsusiyyətləri haqqında məlumat yoxdur.

Bundan əvvəl şirkətin direktoru Lin Bin “Super Charge Turbo” adlı çox sürətli enerjidoldurma texnologiyası haqqında məlumat verib.