!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

17 noyabrda nə baş verib? – Sorğu

!Reklam – Yazi

Meydan herekati

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayıb. 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub. Moskvanın və o zamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.

Görəsən vətəndaşlar 17 noyabrın hansı əlamətdar gün olduğunu bilirlərmi? Yenicag.az əməkdaşları şəhərdə əhali arasında  bu barədə mini sorğu keçirdiblər. Cavabları şərhsiz sizə təqdim edirik.

Günəl Səfərli – Milli dirçəliş günüdür. Azadlıq hərəkatıyla bağlıdır. Dəqiq bilmirəm.

Vüsalə Rzayeva– Dirçəliş günüdür. 1988 ci ildə Bakıda olan milli azadlıq hərəkatıyla əlaqədardır.

Əhməd Həmidli – Maraqlanmamışam, tarixə nifrət edirem.

Xuraman Əmiraslanova– Unudulmaz, qürurverici gün-Milli dirçəliş günü-özümün dəfələrlə iştirakçısı olduğum hadisədir!

Elxan Xankişiyev–  Bu gün böyük gündür. Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümüdür.

Xalidə Mirzəyeva – 20 yanvar hadisəsi baş verib.

Rəcəb Aydın– Dirçəliş günüdür. Səhv xatırlamıramsa Bakıda Qarabağla əlaqəli azadlıq hərəkatı olmuşdu.  Mitinqlər filan. İl dəqiq yadımda deyil, indi xatırlıya bilmədim. Ya 1988 ya 1989-cu ildə olmalıydı. Tarixlərlə biraz problemim var.

Rəşad Şərifzadə-Dirçəliş günüdür.1988-ci ildə Qarabağ hadisələri ilə bağlı Azadlıq hərəkatı başladı.Bİz hər il süfrə açıb, bu bayramı qeyd edirik.

Xəyalə Məmmədova– Bu gün konstitusiya günüdür. Heydər Əliyev cənabları tərəfindən 1995-ci ildə qəbul olunub.

Elsevər Xankişiyev– Deyəsən torpaqların alınması ilə bağlı gündür.

Rəfiqə Babayeva-Vallah mən maraqlanmıram o işlərlə. Ümumiyyətlə siyasət mənlik deyil.

Gülnisə Abuzərova– Həyat yoldaşım saytlara cavab verməyə icazə vermir. Sonra sizinlə dalaşar.

 

Sorğunu apardılar:

Kamran, Rəşid

Yenicag.az Reportyor Qrupu

www.yenicag.az

852
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv