17 yaşlı cinayətkar qızın şok ifadəsi: “Qatil olmaq uşaqlıq arzum idi” – VİDEO

Şimali Kiprdə 17 yaşlı T.K evdən götürdüyü bıçaqla yoldan keçən flippinli Elmerry Sanchezi 8 yerindən bıçaqlayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki,  hadisə səhər 8 radələrində baş verib. Sanchez ətrafdakıların köməyilə xəstəxanaya çatdırılıb.

Saxlanılan gənc qızın ifadəsi ilə hər kəsi təəccübləndirib. O bildirib ki, qatil olmaq uşaqlıq arzusu olub: “Qatil olmağın necə bir hiss olduğunu yaşamaq istədim. Ən böyük xəyalımı gerçəkləşdirdim”.

Məhkəməyə çıxarılan gənc qız barəsində 3 gün həbs cəzası qərarı çıxarılıb. Sonradan tibbi müayinədən keçəcək və yenidən hakim qarşısına çıxarılacaq.

COP29