17 yaşlı oğlan 15 yaşlı sevgilisini tüfənglə öldürdü – FOTO

Türkiyədə cinayət hadisəsi baş verib. 

Yenicag.az xəbər verir ki, 17 yaşlı oğlan sevgilisi 15 yaşlı Zeynəb Atagülü öldürüb.

Belə ki, Zeynəb Atagül sevgilisinin ad gününü qeyd etmək üçün oğlanın evinə gedib. Bir müddət sonra evdən atəş səsi eşidilib. Açılan atəş sonunda Zeynəb Atagül həyatını itirib.

Faktla bağlı şübhəli bilinərək saxlanılan sevgilisi hadisənin ehtiyyatsızlıqdan baş verdiyini bildirib.

Hazırda polis hadisənin əsas səbəblərini araşdırır.