17 yaşlı oğlan intihar etdi – Cəlilabadda

Cəlilabad sakini intihar edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İntihar edən şəxs 2001-ci il təvəllüdlü Rasim Azər oğlu Məmmədovdur. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

COP29