17 yaşlı oğlan kanalda batdı

Füzulidə yeniyetmə kanalda batıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 17 yaşlı Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.