17 yaşlı oğlan qəzada öldü-Bakıda

agir4Hadisə Badamdarda baş verib

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Badamdar şosesi ilə 20-ci sahə istiqamətində hərəkətdə olan “Mitsubishi Pajero” markalı 99 FJ 658 nömrə nişanlı avtomobil idarəetmədın çıxıb və aşıb. Nəticədə avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Babazadə Kamran Alim oğlu hadisə yerində ölüb. Sərişin, 1997-ci il təvəllüdlü Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır(lent).