17 yaşlı qız özünü binadan atdı – Kişinin başına düşdü – YENİLƏNDİ/ANBAAN VİDEO 

Bu gün Bakıda məktəbli qız yaşadığı mənzilin balkonundan özünü ataraq intihar edib.

Yenicag.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, gənc qız 245 saylı məktəbdə təhsil alırmış. Onun universitetə hazırlaşdığı deyilir.

Onun valideynləri ilə problemləri olub.

*** 14:42

Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən binadan atıb.

Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.