170 min dollarlıq şok oğurluq – Elon Maskın adından istifadə etdilər – FOTO

Hackerlər bir sıra xarici şirkətlərin Twitter hesablarını hack edərək müştərilərdən ümumi dəyəri 170.000$ olan bitcoin oğurlayıblar.

Yenicag.az “Technote”yə istinadən xəbər verir ki, bu kiberhücumdan zərər çəkmiş şirkətlər arasında Pathe UK adlı film studiyası, Matalan adlı geyim mağazası şəbəkəsi və Pantheon Books adlı kitab nəşriyyat şirkəti var.

Bu sadalanmış şirkətlərin Twitter səhifələri hackerlər tərəfindən Elon Maskın hesabına bənzədilib. Hətta səhifələrdə Elon Maskın paylaşdığı kontentlərdən də paylaşılıb ki, hər şey inandırıcı görünsün. Özlərini Elon Mask kimi təqdim etmiş hackerlər pulsuz bitcoinin verilməsi üzrə aksiyanın startına başladıqlarını elan ediblər.

Pulsuz bitcoinləri əldə etmək üçün istifadəçilər hackerlər tərəfindən təqdim edilmiş xüsusi hesaba müəyyən mqdarda kriptovalyuta göndərməli idilər.

Beləliklə ümumilikdə hackerlər istifadəçilərdən 170.000$ dəyərində bitcoin oğurlayıblar.