178 hektar ərazi minalardan təmizləndi

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir həftə ərzində işğaldan azad olunan ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

ANAMA-dan Yenicag.az-a verilən xəbərə görə, mayın 24-dən 29-dək işğaldan azad olunan ərazilərdə piyada əleyhinə 90, tank əleyhinə 14 mina, 75 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

178 ha ərazi mina və PHS-lərdən təmizlənib.