Yeni Zelandiyada qəsdən adam öldürməkdə şübhəli bilinərək 18 il həbs cəzası verilən Alan Holl adlı şəxsin günahsız olduğu ortaya çıxıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 1985-ci il həbs edilərək 9 il cəza çəkdikdən sonra 1994-cü ildə sərbəst buraxılan, 2012-ci ildə isə yenidən tutularaq cəzaçəkmə müəssisəsinə göndərilən Hollun günahsız olduğuna qərar verən məhkəmə onu azadlığa buraxıb. Bundan başqa, məhkəmə ona 3 milyon dollar təzminat ödənməsinə qərar verib.
Yeni Zelandiya hökuməti isə 60 yaşlı Holldan üzr istəyib.