18 tonluq bomba 3,9 bal gücündə zəlzələ yaratdı – FOTOLAR

Amerika Birləşmiş Ştatları (ABŞ) Hərbi Dəniz Donanmasının keçirdiyi sınaq nəticəsində 3,9 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, ölkənin şərqində başladılan “Tam gəmi şok sınaqları” çərçivəsində ilk test tamamlanıb və 18 ton partlayıcı maddədən istifadə edilib.

ABŞ Geoloji Araşdırma Mərkəzinin açıqlamasına görə, sözügedən təlimlərdə istifadə edilən 18 min 143 kq-lıq partlayıcı maddənin 3,9 bal gücündə zəlzələ yaratdığı bildirilib.

Qeyd edək ki, sınaq “USS Gerald R. Ford” hərbi gəmisinin zərbəyə davamlılığını ölçmə məqsədi daşıyır.