Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

18 yaşlı arvadını baltaladı, özü isə intihar etdi - Azərbaycanda şok olay

Şəmkirdə ər həyat yoldaşını baltalayıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Ələkbər Müzəffər oğlu balta ilə həyat yoldaşı, 2000-ci il təvəllüdlü Mehdixanova Nərmin Famil qızının baş nahiyəsinə bir neçə zərbə endirərək, ona ağır xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Ələkbər Əliyev isə həyat yoldaşına baltayla xəsarət yetirdikdən sonra özünü asıb. Onun meyiti yaşadıqları evin həyətindəki xurma ağacından asılı vəziyyətə tapılıb.

İlkin məlumatlara görə, N.Mehdixanova ilə Ə. Əliyev yeni ailə qurublar. Hadisənin başvermə səbəbi hələ məlum deyil.Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Report

www.yenicag.az

5150
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM