“Şamaxı Astrofizika Rəsədxanasının bizə verdiyi təqvimə görə, ehtimal olunan Qədr gecələrindən birincisi martın 28-nə, ikincisi 30-a, üçüncüsü aprelin 1-nə, sonuncusu aprelin 5-nə təsadüf edir”.
Azərbaycanda ikiqapılı, fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilməyəcək.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsi yanvar ayında Rusiyanın Belqorod vilayəti üzərində ukraynalı hərbi əsirləri daşıyan “İl-76” təyyarəsinin qəzaya uğraması səbəblərinin müəyyən edilə bilmədiyini deyib.
Ağ Ev rəsmiləri Moskvanın ABŞ xüsusi xidmət orqanlarının məlumatlarını və onların kəşfiyyat metodlarını ifşa edə biləcəyindən ehtiyat edərək, “Krokus Siti Holl”da planlaşdırılan terror aktı ilə bağlı bütün məlumatları rus həmkarları ilə bölüşməyiblər.