Gəncədə 18 yaşlı gənc üzərinə benzin tökərək özünü yandırıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, martın 28-də xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Suleymani Əli Fərhad oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Bədəninin 99 faizi yanmış Ə.Suleymani həkimlərin səylərinə baxmayaraq xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.