18 yaşlı qız külli miqdarda pul və qızılla yoxa çıxdı

Azərbaycanda 18 yaşlı qız evdən qaçıb.

Yenicag.az xəbər verir ki, hadisə Salyan rayonu Qardili kəndində qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü J.Salamova yaşadığı evdən iki min manat pul, qızıl əşyaları götürərək gedib və bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Salyan polisi tərəfindən axtarışa başlanılıb./Lent.az/