Şirvan şəhərində qətl hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, 2001-ci il təvəllüdlü şəhər sakini Rəşad Fətullayev Amil Adıgözəlov tərəfindən qətlə yetirilib.
Hadisənin pul üstündə baş verdiyi bildirilir.
Qeyd edək ki, mərhum Rəşad Fətullayev Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin I kurs tələbəsi olub.