188 nəfər Azərbaycan vətəndaşlığından çıxarıldı

Ötən il daxil olan məlumatlar əsasında dini ekstremist fəaliyyətlə məşğul olduqlarına görə 188 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən əsaslandırılmış rəylər hazırlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabat bildirilib ki, həmin rəylərə baxılması üçün toplanmış materiallar müvafiq məhkəməyə göndərilib.

COP29