!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

19 erməni hərbçinin meyiti verilib, 13 Azərbaycan hərbçisinin meyiti alınıb

!Reklam – Yazi

Esger“İşğalçı Ermənistan dövləti tərəfindən Kəlbəcər rayonunda Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülüb, bir vətəndaşımız isə qətlə yetirilib. Hər iki şəxsin azad edilməsi istiqamətində Komissiya tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla iş davam etdirilir”.

Bunu bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin “18 İyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” ilə əlaqədar parlamentdə təşkil etdiyi dinləmələr zamanı Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

İ. Axundov bu il aprelin 2-5-də itkin düşmüş hərbçilərlə bağlı İşçi Qrupu fasiləsiz iş rejimində çalışıb: “Həlak olmuş 19 erməni hərbçinin meyiti qarşı tərəfə verilib, 13 Azərbaycan hərbçisinin meyiti alınıb”.

Onun sözlərinə görə, hazırda İşçi Qrupu Ermənistanın insan haqlarını pozması məsələsini beynəlxalq təşkilatlarda gündəliyə gətirməyə çalışır: “Bu məqsədlə GUAM-a da müraciət edilib. GÜAM-da İşçi Qrupun yaradılması da nəzərdə tutulub. Hazırda 3803 nəfər əsir və girov kimi Komissiyada qeydiyyatdadır, onlardan 252 nəfəri qadın olmaqla, 709 nəfəri mülki şəxsdir. Ermənistan tərəfi əsir və girovlarla bağlı statistikanı gizlədir, inkar edir. Bununla belə, Komissiya əsir və girovların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir”. (APA)

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv