!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlığa namizəd Güloğlan Cabbarova xalq sevgisi - FOTO

!Reklam – Yazi

9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində təbliğat-təşviqat kompaniyasının sona çatmasına bir gün qala,19 saylı Nərimanov Birinci Seçki Dairəsindən müstəqil namizəd Güloğlan Cabbarov bu gün ilk olaraq Təbriz küçəsi 100A ünvanda yaşayan seçiciləri ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə çıxış edən Güloğlan Cabbarov bildirib ki, keçiriləcək növbədənkənar parlament seçkiləri cəmiyyətimizin həyatında mühüm dəyişikliklərin xəbərçisidir:

“Bu eyni zamanda cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatların bir davamıdır.Bizlər bu islahlara,bu səyişikliklərə keçiriləcək seçkilərdə səsimizi demokratik bir qaydada istifadə edərək göstərmiş olacağıq.Sizlərin hər biriniz seçkilrdə iştirak etməlisiniz və bu dairdən namizəd olanlar içərisindən birini seçib ona səs verməlisiniz.Əlbətdə seçki məntəqələrinə gedəndə düşüncənizdə,qəlbinizdə bir fikir olmalıdır “Seçəcəyimiz şəxs bizə necə bir millət vəkili olacaq”. Mən sizləri əmin edirəm ki, əgər bu seçiminiz mən olaramsa,sizlərə millət vəkili necə olmalı,seçicilərinə necə yanaşmalı,seçicilərinin haqlarını necə qoruya bilər,bunu ən layiqli şəkildə göstərmiş olacam.Əgər seçilərəmsə beş il müddətində hər bir seçicimlə davamlı görüşəcəm və onların qayğıları ilə,problemləri ilə birlikdə maraqlanacağıq.Beş il müddətində dairə ərazisində mütəmadi olaraq sizlərin xidmətində olan bir qərargahımız fəaliyyət göstərəcək”.

Görüşdə iştirak edən vətəndaşlar bildiriblər ki,bu gün dairə ərazisində yaşayan insanların müxtəlif sahələri əhatə edən problemləri mövcuddur və bu problemlərin aradan qaldırılması üçün onların yanında olacaq millət vəkilinə ehtiyacları vardır.Seçicilər vurğulayıblar ki,onlar keçiriləcək seçkilərdə iştirak edərək səslərini Güloğlan Cabbarova vercəklər”.
Güloğlan Cabbarov daha sonra seçki qərargahına gələrək onunla görüşən bir qrup seçiciləri ilə görüşüb.Görüşdə Güloğlan Cabbarov bildirib ki, hər bir seçici 9 fevralda aktivlik göstərməli,bütün səsverə hüququna malik aliə fərdləri ilə birlikdə seçkilrdə iştirak etməlidirlər: “Biz təbliğat-təşviqat dövrünü seçicilərimizin bizə olan sevgi və sayğısı ilə toy-bayram şəkilində başa vurduq.Əminəm ki,9 fevral seçkilərində də toy-bayram əhval-ruhiyyəsində seçkilərdə iştirak edərək bir daha birliyimizi-bərabərliyimizi göstərmiş olacağıq”.

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv