19 yaşlı hamilə qadın xəstəxanada öldü

Salyanda hamilə qadın xəstəxanada dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 2003-cü il təvəllüdlü Çobanova Gülyanaq Cəlal qızı Salyan Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, 26-27 həftəlik hamilə qadın xəstəxanaya gətirilərkən anomal vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır./APA/