Bakıda gənc oğlan küçədə bıçaqlanıb.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Babək prospektində baş verib.
Babək prospekti 32 ünvanının qarşısında Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Quliyev Orxan Samir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.