19 yaşlı oğlan qəbiristanlıqda bıçaqlandı

Abşeron rayonu Digah qəsəbə qəbiristanlığında bıçaqlanma hadisəsi olub.

Abşeron Rayon Polis İdarəsindən Yenicag.az-a bildirilib ki, rayon sakini Həsənzadə Əhəd Səyavuş oğlu 2004-cü il təvəllüdlü Məmmədli Əhməd Ramil oğlunu bıçaqlayıb.

Faktla bağlı Abşeron prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi açılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.